24 May 2024, 15:57
FUTBOL
Pioli “Milan”ın baş məşqçisi postuna 2019-cu ilin oktyabrında gətirilmişdi. Onun rəhbərliyi altında “qırmızı-qaralar” 2021/22 mövsümündə İtaliya çempionu adını qazanıb.
“Milan” klubu A Seriyasında mövsümün bitməsinə bir tur qalmış baş məşqçisini istefaya göndərib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Stefano Pioli ilə yollar ayrılıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Piolinin 2025-ci ilin yayınadək nəzərdə tutulan sözləşməsinə qarşılıqlı razılıqla xitam verilib.
Qeyd edək ki, Pioli “Milan”ın baş məşqçisi postuna 2019-cu ilin oktyabrında gətirilmişdi. Onun rəhbərliyi altında “qırmızı-qaralar” 2021/22 mövsümündə İtaliya çempionu adını qazanıb.