24 May 2024, 14:39
FUTBOL
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda keçiriləcək Yunanıstan - Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.
Mayın 31-də Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.