Qarşılaşmada son nöqtəni qoyan uruqvaylı forvard "Barsa"nın La Liqa tarixində ən məhsuldar 3-cü oyunçusu olub. Qollarının sayını 131-ə çatdıran futbolçu Ladislav Kubalaya çatıb.

İspaniya La Liqasının XXXIV turunda "Alaves"in qonağı olan "Barselona" 2:0 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, dünənki oyun Kataloniya klubunun hücumçusu Luis Suares üçün əlamətdar olub.

Qarşılaşmada son nöqtəni qoyan uruqvaylı forvard "Barsa"nın La Liqa tarixində ən məhsuldar 3-cü oyunçusu olub. Qollarının sayını 131-ə çatdıran futbolçu Ladislav Kubalaya çatıb. Hazırda uruqvaylını yalnız Sezar Rodriges (190 qol) və komanda yoldaşı Lionel Messi (416) qabaqlayır.

Luis Suares bütün turnirlərdə isə 176 qol vurub ki, bununla "Barselona"nın 5-ci bombardiridi. Bu baxımdan da zirvədə Messidi. Argentinalının aktivində 597 top var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest