I Liqada 11 qolun vurulduğu sonuncu qarşılaşma ötən çempionata təsadüf etmişdi. Həmin vaxt “Turan Tovuz-2” öz meydanında “Araz-Naxçıvan”a 5:6 hesabı ilə uduzmuşdu.

I Liqada mövsümün son turu daha bir məqamla əlamətdar olub. Matc.az xəbər verir ki, liqada son 7 mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.

“İrəvan” – “Karvan” matçı qonaqların 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Matç qol sayında mövsümün mütləq rekordudu. I Liqada 11 qolun vurulduğu sonuncu qarşılaşma ötən çempionata təsadüf etmişdi. Həmin vaxt “Turan Tovuz-2” öz meydanında “Araz-Naxçıvan”a 5:6 hesabı ilə uduzmuşdu.

Bu iki görüş son 7 mövsümdə ən çox qol vurulan oyunlardı. 11-dən də çox qola isə sonuncu dəfə 2016/2017 mövsümündə rast gəlinib. Belə ki, “Səbail” - “Bakılı” görüşündə ümumilikdə 14 qol qeydə alınıb. Həmin vaxt “Səbail” rəqibini 11:3 hesablı məğlubiyyətə uğradıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest