“Komanda çox gərgin idi. Öz oyunumuzu göstərə, qol vəziyyətləri yarada bilmədik. Əslində, matçöncəsi futbolçuların əhval-ruhiyyəsi yaxşı idi. Əlimizdən gələni etdik, ancaq alınmadı”

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının finalında “Atalanta”ya 0:3 hesablı məğlubiyyəti şərh edib. Matc.az xəbər verir ki, o, həlledici görüşdə rəqibin daha yaxşı oyun göstərdiyini etiraf edib.

“Atalanta”nı təbrik edən ispan çalışdırıcı bunları deyib: “Komanda çox gərgin idi. Öz oyunumuzu göstərə, qol vəziyyətləri yarada bilmədik. Əslində, matçöncəsi futbolçuların əhval-ruhiyyəsi yaxşı idi. Əlimizdən gələni etdik, ancaq alınmadı, “Atalanta” layiqli qələbə qazandı”.

Alonso 51 oyunluq məğlubiyyətsizlik seriyalarının qırılması haqda da danışıb: "Finalda ən yaxşı səviyyəmizi göstərə bilmədik. Məğlubiyyətə necə reaksiya verəcəyimiz mənə də maraqlıdı. Əla seriya əldə etmişdik, bununla fəxr edə bilərik. Amma məğlubiyyətdən dərs çıxarmalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest