16 May 2024, 09:22
FUTBOL
İtaliya Kubokunda final oyunu keçirilib. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada “Yuventus”la “Atalanta” üz-üzə gəlib.
Romadakı “Stadio Olimpiko”da baş tutan qarşılaşmada Turin təmsilçisi qalib gəlib. Duşan Vlahoviçin 4-cü dəqiqədə vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edən “qoca sinyora” tarixində 15-ci dəfə İtaliya Kubokunu qazanıb.
“Yuve” bu turnirdə əldə edilən kubok sayına görə rekordçudu.