“Atletiko” İspaniya La Liqasının XXXVI turunda “Xetafe”ni 3 cavabsız qolla məğlub edib – 3:0. Matc.az xəbər verir ki, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Madrid təmsilçisi Çempionlar Liqasına vəsiqəni təmin edib.
Komanda son iki tur qalmış ən yaxın izləyicisi “Atletik”i 11 xal qabaqalayır. Bununla “Atletiko” Dieqo Simeonenin rəhbərliyi altında ardıcıl 12-ci dəf ÇL-də iştirak hüququna yiyələnib. Simeone gəldiyi vaxtdan bəri komanda hər mövsüm qitənin ən nüfuzlu klub turnirində mübarizə aparmağı bacarıb.
54 yaşlı mütəxəssis 2011-ci ilin dekabrından “Atletiko”nu çalışdırır. Onun başçılığı altında komanda iki dəfə İspaniya çempionluğu, bir dəfə İspaniya Kubokunu, bir dəfə İspaniya Superkubokunu, iki dəfə Avropa Liqası və UEFA Superkubokunu qazanıb.