"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə yığmasının 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında qalib olmaq şanslarını dəyərləndirib.
 
Matc.az xəbər verir ki, bu barədə mütəxəssis "The Telegraph" nəşrinə açıqlama verib:
 
“Onlar həqiqətən yaxşıdır, lakin bu, təkcə hücumçuların istedadı deyil, bütün komandanın gücündən irəli gəlir və Qaret Sautqeyt nə etməli olduğunu dəqiq bilir.
 
Məndə və hər kəsdə belə bir hiss var ki, İngiltərə yığması son Dünya və Avropa çempionatlarında müəyyən addımlar atır və kuboku qazanmağa yaxındır. Onlar finalda məğlub oldular. Gec-tez bu baş verməlidir. Bu, "Mançester Siti" hekayəsinə bənzəyir. Biz Çempionlar Liqasını qazanmağa yaxın idik və sonda qalib gəldik"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest