“Neftçi” mövsümün sonunda heyətində ciddi islahatlar aparacaq. Matc.az saytının məlumatına görə, iddialı kollektiv formalaşdırmağı hədəfləyən rəhbərlik bir neçə oyunçu ilə yollarını ayıracaq.
 
Paytaxt təmsilçisi xüsusilə müdafiə xəttinə əl gəzdirəcək. “Ağ-qaralar” milli üzvü Höccət Haqverdi və macarıstanlı Mark Tamaşın performansından məmnun deyil. Bu səbəbdən onların yayda paytaxt klubunu tərk etməsi gözlənilir.
 
Həmçinin digər mərkəz müdafiəçisi Yuri Matiasın gedişi də istisna deyil. Braziliyalı futbolçu Rumıniya klublarının maraq dairəsindədi. Onunla bağlı qərar təklifdən asılı olacaq.
 
Qeyd edək ki, “Neftçi” 31 turdan sonra Premyer Liqada 47 xalla 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest