“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq yayda klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, İspaniya nəhəngi Niderland millisinin üzvündən ümidini üzüb.
 
Bu üzdən kataloniyalılar mövsümün sonunda onun üçün təklifləri dəyərləndirmək fikrinə düşüb. La Liqa təmsilçisi 26 yaşlı orta sahə oyunçusunun sayışından təxminən 60-70 milyon avro gəlir əldə etməyi hədəfləyir. Ancaq de Yonq “Barsa”dan ayrılmaq fikrindən uzaqdı.
 
Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”nın formasını geyinir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest