“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadı.

Premyer Liqanın XXXI turunda “Araz-Naxçıvan”ın qonağı olan “Səbail” yubiley qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 50-ci dəfə üç xal qazanıb. 
 
Şahin Diniyevin yetirmələri səfərdə iki cavabsız qola seviniblər.
 
“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadı. 
 
Qeyd edək ki, “Səbail” ilk qalibiyyətini 2017/18 mövsümündə əldə edib. 2017-ci il avqustun 19-da “Neftçi”ni qəbul edən debütant 1:0 hesabı ilə qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest