"Bavariya" Bundesliqanın 30-cu turunun səfər matçında "Union"a böyük hesabla qalib gəlib.
 
Matc.az xəbər verir ki, Berlində keçirilən görüş 5:1 hesabı ilə münhenlilərin xeyrinə başa çatıb. Qalib komandanın heyətində Tomas Müller dubla, Leon Qoretska, Harri Keyn və Matis Tell isə 1 qola imza atıblar.
 
Çempionluq şansını vaxtından əvvəl itirən "Bavariya" turnir cədvəlində "Ştutqart"ı 3 xal qabaqlayaraq ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest