Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun iki oyunu keçirilib.

Matc.az xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutub.

Çempion “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda yarışan “Zirə” və “Neftçi” Zirədə üz-üzə gəlib. Oyun qəsəbə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun ilk oyununda “Sumqayıt” səfərdə “Turan Tovuza” 4:1 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXXI tur
20 aprel

"Qarabağ" – "Qəbələ" 2:2

Qol: Benzia, 66. Zubir, 71 - Bilel, 19. Akakpo, 84
Baş hakim:
 Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ”: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 99. Ahmed Ayzaya, 72. Osama Xalayla, 17. Yaovi Akakpo

 

Baş məşqçi: Kaxaber Sxadadze


"Zirə" – "Neftçi" 3:1 

Qol: Rəhim Sadıxov, 43. Fuad Bayramov, 78. Kulaç, 84 - Emin Mahmudov, 21 (p)
Baş hakim: 
İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma

 
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 6. Eldar Quliyev
 
Baş məşqçi: Rəşad Sadıqov
 
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski
 
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 23. Ataa Caber, 11. Kilan Lebon, 20. Alfa Konte
 
Baş məşqçi: Miodraq Bojoviç

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest