Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 36 yaşlı mütəxəssis yığmadakı fəaliyyətini davam etdirəcək.

O, bu ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzatdığını açıqlayıb. Naqelsmannın 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər postunda qalacağı rəsmiləşib.

Qeyd edək ki, Yulian Naqelsmann ötən ilin sentyabrından Almaniya yığmasını çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest