"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem karyerası haqda danışıb.
 
Matc.az xəbər verir ki, o, ispaniyadakı ilk mövsümündə bu qədər çox qol vuracağını gözləmədiyini etiraf edib:
 
“Mən tənqidlərə əhəmiyyət vermirəm. Bu qədər qol vuracağımı gözləmirdim, amma təbii ki, indi getdikcə daha çox fərqlənmək istəyirəm”.
 
Xatırladaq ki, Bellinqem ötən yay Madrid klubuna transfer olunub. İngilis futbolçu "kral klubun"a "Borussiya"dan (Dortmund) keçib. Bu mövsüm 20 yaşlı yarımmüdafiəçi "Los Blankos"un heyətində bütün turnirlərdə 34 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib. Cudun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Nüfuzlu İnternet portalı "Transfermarkt" Bellinqemin bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest