Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, hazırlıq aprelin 24-dən mayın 2-dək baş tutacaq. Toplanış çərçivəsində yığmamız aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, hazırlıq aprelin 24-dən mayın 2-dək baş tutacaq.

Toplanış çərçivəsində yığmamız aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.

Baş məşqçi Elşad Quliyev hazırlığa 20 oyunçu dəvət edib.

Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”)

Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”)

Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur”)

Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”).

Qeyd edək ki, toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest