15 Aprel 2024, 20:20
FUTBOL
"Atletiko"nun hücumçusu Antuan Qrizmann klubla müqaviləni uzatmaq istəyir.
Matc.az xəbər verir ki, fransız futbolçunun Madrid komandası ilə sözləşməsi 2026-cı ildə başa çatır. Forvard 2021-ci ilin avqustunda "Barselona"dan icarə əsasında "Atletiko"ya qayıtdı və 2022-ci ildə "matraslılar" oyunçunu tam transfer etdi.
Bu mövsüm 33 yaşlı oyunçu İspaniya La Liqasında 27 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.