“Bayer” Almaniya Bundesliqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, leverkuzen təmsilçisi XXIX turda “Verder”ə 5:0 hesabı ilə qalib gələrək bunu reallaşdırıb.

Belə ki, cari mövsüm keçirdiyi 29 qarşılaşmanın heç birində uduzmayan Xabi Alonsonun yetirmələri Bundesliqada məğlubiyyətsizlik rekordu qıraraq çempionluğu rəsmiləşdirib. “Bayer” sonuncu dəfə ötən mövsüm çempionatın son turunda “Bohum”a 0:4 hesabı ilə uduzub. Komanda cari mövsüm heç bir turnirdə hələ uduzmayıb.

Qeyd edək ki, 79 xala malik “Bayer” ən yaxın izləyicisi “Bavariya”nı 16 xal qabaqlayaraq, sona 5 tur qalmış qızıl medalları təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest