“Real” “Jirona”nın futbolçusu Migel Qutyerresi transfer edəcək. Matc.az xəbər verir ki, klublar arasında keçidin detalları razılaşdırılıb.

“Kral klubu” 22 yaşlı oyunçunu 8 milyon avroya qaytarmaq hüququna malikdi. Madridlilər mövsümün sonunda bu şansdan istifadə edəcək.

Həmçinin “Bavariya”dan Alfonso Deyvis alınsa, növbəti mövsüm “Real”ın 4 sol cinah müdafiəçisi olacaq – Migel Qutyerres, Alfonso Deyvis, Ferlan Mendi və Fran Qarsiya.

Qeyd edək ki, Qityerres bu mövsüm 30 matçda 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest