Moskva “Spartak”ının hücumçusu Kuinsi Promes Niderland millisi tarixinin “baş axmaqı” adlandırılıb. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Bildirilib ki, həbs olunan oyunçunun davranışları bu ləqəbə layiq görülməsinə səbəb olub: “Bəli, Promes bütün zamanların ən axmaq milli üzvüdü. Yeganə sual budu ki, kimsə bu adda onu ötüb keçə bilərmi?”

Niderland məhkəməsi əmisi oğlunu bıçaqlayan Promesə 1,5 il həbs cəzası vermişdi. Daha sonra külli miqdarda narkotik qaçaqmalçılığına görə, “Spartak”ın hücumçusuna daha 6 il həbs cəzası əlavə olunub.

Qeyd edək ki, Kuinsi Promes 2014-2021-ci illərdə Niderland millisinə çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest