İnyesta “Barselona B”də 49, “Barselona”nın əsas komandasında 674 oyun keçirib. İspaniyalı Yaponiya klubu “Vissel Kobe”də 134, hazırkı komandasında 12, İspaniya millisində isə 131 matça çıxıb.

“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar karyerasında 1000-ci oyununa çıxıb. Matc.az xəbər verir ki, 39 yaşlı futbolçunun yubileyi Birləşmiş Ərəb Əmirlikləri çempionatına təsadüf edib.

O, “Ajman”ı səfərdə 0:2 hesabı ilə uduzduqları qarşılaşmada 80 dəqiqə meydanda olub.

İnyesta “Barselona B”də 49, “Barselona”nın əsas komandasında 674 oyun keçirib. İspaniyalı Yaponiya klubu “Vissel Kobe”də 134, hazırkı komandasında 12, İspaniya millisində isə 131 matça çıxıb.

Qeyd edək ki, Andres İnyesta bu mövsüm 12 oyunda 2 qol vurub, 1 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest