Rusiya millisinin martda keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Matc.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Andrey Lunyov da yığmaya çağırılanlar sırasında yer alıb.

Bu ay baş tutacaq təlim-məşq toplanışı üçün ilkin heyətə 38 futbolçu daxil edilib. Lunyov burada yer alan 4 qapıçıdan biridir. Onun əsas heyətə düşməkdə rəqibləri Matvey Safonov (“Krasnodar”), İlya Lantratov (“Lokomotiv”) və Aleksandr Maksimenkodur (“Spartak”).

Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest