Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanov UEFA tərəfindən cəzalandırılıb. 
 
Matc.az xəbər verir ki, həm məşqçi, həm də futbolçu 1 oyunluq diskvalifikasiya ilə üzləşib. Ağdam təmsilçisinin üzvləri evdə "Bayer"lə qarşılaşmanı tribunadan izləyəcəklər. 
 
Həmçinin sarı vərəqə limitini dolduran Julio Romao da 1 oyunluq cəzaya məruz qalub. 
 
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma azarkeşlər qarşısında keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə 14 martda "Bay Arena"da baş tutacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest