UEFA İngiltərənin "Mançester Yunayted" klubu ilə bağlı qərarını açıqlayıb. Matç.az saytı xəbər verir ki, mançesterlilər 15 min avro cərimələnib.

Buna İngiltərə təmsilçisinin çempionlar Liqasının oyununun gecikməsi səbəb olub. Belə ki, "Mançester Yunayted" II turun "Valensiya" ilə matçına gecikib.

Avtobusu tıxaca düşən komanda stadiona gec gəldiyindən bu qarşılaşmanın start fiti 5 dəqiqə yubanıb.

Komandaların baş məşqçiləri Joze Mourinyo və Marselino Qarsia Torala isə xəbərdarlıq edilib. "Valensiya" isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə 1000 avro ödməli olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest