Qətər milli komandasının baş məşqçisi Karluş Keyruş vəzifəsini tərk edib.

Matc.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə tərəflərin razılığı ilə xitam verilib. Qurum bu barədə  bəyanat yayıb: “QFA Queiroza fəaliyyəti dövründə göstərdiyi fədakarlığa görə səmimi təşəkkürünü bildirir. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Noyabrda qətərlilər DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edərək, 6 xalla A qrupunun cədvəlinə başçılıq edirlər. Portuqaliyalı çalışdırıcı fevral ayında Qətər millisinin başına keçərək DÇ-2026-nın sonuna qədər müqavilə imzalamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest