“Betis”in müdafiəçisi Xuan Miranda İtaliyaya köçəcək. Matc.az xəbər verir ki, 23 yaşlı sol cinah oyunçusu “Milan”ın formasını geyinəcək.
 
Çünki klublar mövsümün sonunda bu transferin baş tutması üçün razılaşıb. İspaniyalı oyunçu “rossonyerlər”lə 4 illik müqavilə imzalayacaq. Bu keçid “Betis”ə 2 milyon avro qazandıracaq.
 
Qeyd edək ki, Xuan Miranda “Barselona”nın yetirməsidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest