"Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu yaxın vaxtlarda London komandasına kömək edə bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Tomiyasu dekabrın 2-də "Vulverhempton"la keçirilən oyunun (2:1) sonlarında zədələnib. "Luton" üzərində qələbədən (4:3) sonra "Arsenal"ın baş məşqçisi Mikel Arteta yaponiyalı futbolçunun zədəsi haqda danışıb: "Onun baldırında zədə var və bir müddət yaşıl meydanlardan kənarda qalacaq".

Qeyd edək ki, bu mövsüm 25 yaşlı sağ cinah müdafiəçisi Premyer Liqada 12 , Çempionlar Liqasında isə 5 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest