“Qremio"nun hücumçusu Luis Suares "İnter”ə keçəcək.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Qeyd olunur ki, uruqvaylı 2024-cü ilin yanvarında azad agent kimi Amerika klubu ilə müqavilə imzalayacaq. Onun Braziliya təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin yanvarına qədərdir.

Qeyd edək ki, Suaresin "Barselona"dakı keçmiş komanda yoldaşları Lionel Messi , Jordi Alba və Serxio Busquts də "İnter"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest