Azərbaycan Basketbol Liqasında V turun son oyunu baş tutub. Matc.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən görüşdə "Şəki" və "Xəzri" qarşılaşıblar.
 
Görüş qonaqların üstünlüyü ilə nəticələnib. "Xəzri" 63:52 hesablı qələbə qazanaraq, yenidən liderliyə yüksəlib.
 
Ən məhsuldar basketbolçular "Şəki"dən Pol Dibal (15 xal, 6 ribaund), "Xəzri"dən isə Endryu Platek (18 xal, 1 ribaund) olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest