Yan Kuçta Çexiya millisindən uzaqlaşdırılıb.

Matc.az xəbər verir ki, bu barədə futbolçunun agenti Milan Martinoviç məlumat yayıb. Oyunçu AVRO-2024-ün seçmə mərhələsində Moldova millisi ilə oyundan əvvəl gecə klubuna baş çəkdiyi üçün yığmadan kənarlaşdırılıb. Agent açıqlamasında bildirib: "Çexiya Futbol Federasiyası bu vəziyyəti şərh edəcək. Belə hallar əvvəl bir dəfə olub. On il əvvəl. Yan qaydalara riayət edən oyunçudur. İndi isə belə bir şey olmayıb. Həqiqətləri federasiya açıqlayacaq". 

Qeyd edək ki, 2022-ci ilin iyulunda Kuçta Praqanın "Sparta" klubuna icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest