Azərbaycan Basketbol Liqasında IV turun oyunları başlayıb. Matc.az xəbər verir ki, açılış matçında lider "Xəzri" Xaçmaz klubu "NTD-İndiqo"nu qəbul edib.
 
Görüş Bakı təmsilçisinin 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə bitib.
 
Həmçinin, bu gün "Sumqayıt" – "Neftçi" görüşü keçiriləcək. Tura noyabrın 18-19-da keçiriləcək oyunlarla yekun vurulacaq.
 
Keçirdiyi 4 matçda 7 xal toplayan "Xəzri" turnir cədvəlində liderdir. Hər 3 oyunu qələbə ilə başa vuran "NTD-İndiqo" 6 xalla ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest