16 Yanvar 2026, 15:18
MPL
"Qartallar" "Aleksandriya" ilə qarşılaşıb. Oyun ukraynalıların 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.
"Zirə" Antalya toplanışı çərçivəsində bu gün ikinci hazırlıq matçına çıxıb.
Matc.az xəbər verir ki, "qartallar" "Aleksandriya" ilə qarşılaşıb. Oyun ukraynalıların 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində 29-cu dəqiqədə Yeqor Boqomolski, 54-cü dəqiqədə isə Ceyhun Nuriyev fərqlənib.
"Zirə" bu gün daha bir görüşə çıxacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv saat 18:00-da Çexiyanın "Bohemians" klubu ilə matçda qüvvəsini sınayıb.
Qeyd edək ki, "Zirə" Türkiyədə keçirdiyi ilk görüşdə "Çiksereda" (Rumıniya) ilə 3:3 hesablı heç-heçə edib.












