16 Yanvar 2026, 18:19
FUTBOL
İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Artem Dovbik sıradan çıxıb.
Ukraynalı futbolçu bud əzələsindən zədə alıb. Dovbik yaxın günlərdə əməliyyat olunacaq. 28 yaşlı forvard təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Artem Dovbik bu mövsüm "Roma"nın heyətində keçirdiyi 17 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.












