Müdafiəçi Leonardo Bonuççi həm klub, həm də milli komanda səviyyəsində gələcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Matc.az-ın xəbərinə görə, futbolçu bu barədə yerli mətbuata açıqlama verib:
 
"Yuventus mənim həyatım idi. Karyeramın son ilini orada keçirmək istərdim. Milli komanda? 2 həftə əvvəl Spalletti ilə danışdım və o, məni klubda oynasam, heyətdə ola biləcəyimə inandırdı. Formaya qayıtmaq üçün çoxlu matçlar keçirməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest