"Monteneqro ilə dünya çempionatının seçmə mərhələsində üz-üzə gəlmişdik. Çox güclü futbolçulardan ibarət olan komandadı. Ancaq ilk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik".

"Monteneqro ilə oyunun çətin olacağını bilirdik". Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
 
Millətlər Liqasının II turunda Podqoritsada Monteneqronun qonağı olan komandamız 1:0 hesablı qələbə qazanıb.
 
Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandasının çıxışını dəyərləndirib: "Monteneqro ilə dünya çempionatının seçmə mərhələsində üz-üzə gəlmişdik. çox güclü futbolçulardan ibarət olan komandadı. Ancaq ilk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdü, rəqibin də qol vurmaq imkanları oldu. Amma bu dəfə səhvlərə yol vermədik".
 
Baş məşqçi qrupdakı şanslarını da dəyərləndirib. O, 4 xala malik komandanın liderliyini davam etdirmək istədiyini söyləyib: "Oktyabrda daha iki çətin oyunumuz olacaq. Səfərdə Farer adaları, evdə isə Monteneqro ilə qarşılaşacağıq. Hər iki görüşdə uğur qazanıb qrup liderliyini davam etdirmək istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest