"Milan"ın baş məşqçisi Stefano Pioli çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Nyukasl"la ev oyunu öncəsi fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Həftəsonu derbidə "İnter"ə 5:1 hesablı məğlubiyyət böyük məyusluq idi, amma xoşbəxtlikdən çempionlar Liqasına sahibik . Biz bu görüşə xüsusi diqqəylə hazırlaşırıq. çünki bu qrupun nə qədər mürəkkəb olduğunu başa düşürük. Sandro Tonalini yenidən görmək xoş olacaqmı? Hər kəs üçün maraqlı olacaq. Biz qalib gəldik və birlikdə irəlilədik. Ona ən yaxşısını arzulayırıq. "Nyukasl" məni klassik ingilis komandası kimi heyrətləndirir. Onlar fiziki cəhətdən güclü, enerjili və pressinq sevərdilər. Onların çox hündürboy oyunçuları var ki, onlar hər epizodda təhlükəlidirlər, həm də texnikaya malikdirlər".
 
Qeyd edək ki, komandalar arasında görüş sentyabrın 19-da Milanda keçiriləcək və saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest