"Titul qazanmaq üçün nələr çəkdiyimizi yalnız özümüz bilirik". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan Kubokunu əldə etmələri barədə danışarkən deyib.
 
26 yaşlı yarımmüdafiəçi qazandıqları uğura görə xoşbəxt olduğunu bildirib: "Mövsüm ərzində çox çalışdıq, meydanda bütün gücümüzü ortaya qoyduq. Xoşbəxtlikdən məqsədimizə çatdıq. Fədakarlığımızın bəhrəsini gördük".
 
Təcrübəli oyunçu əldə edilən nəticələrə layiq olduqlarını söyləyib: "Həm ölkə kubokunun qazanılmasına, həm də komandaya müsbət töhfə verməkdən çox məmnunam. Güclü, balanslı heyətimiz var. Bu mövsüm böyük klublarla mübarizə apardıq. Bizim üçün parlaq mövsüm oldu. Həm kuboku, həm də avrokuboklara vəsiqəni qazanmağa layiq idik" (report).
 
Qeyd edək ki, "Qəbələ" Azərbaycan Kubokunun finalında "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest