06 İyun 2023, 13:04
FUTBOL
"Neftçi"nin məşqçisi Elmir Hüseynov ağır cəzaya məruz qalıb. Matc.az saytı xəbər verir ki, AFFA İntizam Komitəsi onu uzun müddətə diskvalifikasiya edib.
Buna səbəb Gənclər Liqasında çıxış edən "ağ-qaralar"ın məşqçisinin "Qəbələ" ilə görüşdə texniki zonada dördüncü hakimə fiziki təzyiq göstərməsi olub. Qırmızı vərəqə alan Hüseynov 5-i şərti olmaqla 10 oyun cəzalandırılıb.
Ona 6 aylıq sınaq müddəti təyin edilib.