"Neftçi" qapıçısı İvan Brkiçlə bağlı qərarını açıqlayıb. Matc.az saytı xəbər verir ki, paytaxt klubu xorvatiyalı qolkiperin komandada qalacağını bəyan edib.
27 yaşlı oyunçu "ağ-qaralar"la başa çatan müqavilə müddətini daha 2 il uzadıb. Bu isə o deməkdi ki, Brkiç 2025-ci ilin yayınadək bakılıların çərçivəsini qoruyacaq.
Qeyd edək ki, "Neftçi"yə ötən ilin yanvarında keçən Brkiç bu müddətdə 50 rəsmi görüşdə qapıda dayanıb.