Azərbaycanda 2022/23 mövsümünə rəsmən yekun vurulub. Matc.az saytı xəbər verir ki, "Bakcell Arena"da ölkə kubokunun final oyunu keçirilib.

Həlledici qarşılaşmada "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib. Sayca 31-ci ölkə kubokunda bakılılar 11-ci, bölgə təmsilçisi isə 5-ci dəfə final həyəcanı yaşayıblar.

Oyunun əsas vaxtında qapılara top vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə olunan vaxtın 102-ci dəqiqəsində "Qəbələ"nin vurduğu qol matçın taleyini həll edib. "Qırmızı-qaralar" bununla tarixində 2-ci dəfə kuboka sahib çıxıb.

 
Azərbaycan Kuboku
Final
3 iyun
 
"Neftçi" – "Qəbələ"- 0:1
İsnik Alimi, 102
Bakı, "Bakcell Arena". Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
 
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
 
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak
Baş məşqçi: Elmar Baxşıyev
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest