"Bavariya"nın hücumçusu Tomas Müller Bundesliqada qazandığı uğurların sayına görə rekordçu olub. Matc.az xəbər verir ki, almaniyalının aktivində artıq 12 ölkə çempionluğu var.

Turnir tarixində heç bir oyunçu Bundesliqada bu sayda uğur əldə etməyib. "Bavariya" son olaraq 2022-23 mövsümünün son turunda Dortmund "Borussiya"sının büdrəməsi sayəsində qızıl medallara yiyələnib.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Tomas Müller 2008-ci ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest