"Mənə lazım olan tək şey özümü dəyərli, faydalı və hörmətli hiss etmək idi. Dörd il "Barselona"da həbsdə qaldım: təkcə idman səviyyəsində deyil, həm də gündəlik həyatda". Matc.az xəbər verir ki, bunu hazırda icarə əsasında "Leççe"də çıxış edən "Barselona"nın futbolçusu Samuel Umtiti deyib. 
 
AS nəşrinə danışan fransalı müdafiəçi bildirib ki, İspaniyaya köçəndən sonra təhqir olunduğunu hiss edib: "İlk vaxtlar yaxşı səviyyədə oynadım. Sonra inamsızlıq hiss etməyə başladım, özümü pis hiss etdim və başa düşdüm ki, artıq mənə heç kim inanmır. "Barselona" ilə müqaviləm? özümü yaxşı hiss etmək istəyirəm, bunu İtaliyada etdim"
 
Qeyd edək ki, Umtitinin "Barselona" ilə müqaviləsi 2026-cı ilə qədərdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest