"Feyenoord"un baş məşqçisi Arne Slot komandanı tərk etməyəcək. Matc.az 1908.nl saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq:
 
"Başqa klublardan mənə olan maraq haqqında çox eşitmişəm. Göstərilən diqqətə görə minnətdaram. Amma arzum "Feyenoord"da qalmaqdır" - deyə, Slot bildirib.
 
Xatırladaq ki, "Tottenhem"in Slotla maraqlandığı haqda xəbərlər yayılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest