Misli Premyer Liqasında sonuncu turun təqvimi bəlli olub. Matc.az xəbər verir ki, XXXVI turun görüşləri ilə mövsüm başa çatacaq.

Son turun qarşılaşmaları iki gün ərzində oynanılacaq. İlk olaraq şənbə günü avrokubok iddiaçıları və elitada qalmaq uğrunda mübarizə aparanlar meydana çıxacaq. Mayın 28-də isə medalçıların oyunları olacaq.

"Qarabağ" – "Turan Tovuz" matçının ardından "Azersun Arena"da ağdamlılar qızıl, ikinci yerin sahibi "Sabah" gümüş, üçüncü pilləni tutan "Neftçi" isə bürünc medallarını alacaq.

Premyer Liqa
XXXVI tur
27 may (şənbə)

17:30. "Sumqayıt" – "Zirə"  
"Kapital Bank Arena"

17:30. "Qəbələ" – "Kəpəz"
Qəbələ şəhər stadionu

20:00. "Səbail" – "Şamaxı"
"ASCO Arena"

28 may (bazar)

17:00. "Neftçi" – "Sabah"
"Bakcell Arena"

19:30. "Qarabağ" – "Turan Tovuz"
"Azersun Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest