AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu öncəsi baş tutacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtları bəlli olub. Matc.az saytının məlumatına görə, tədbirlər martın 21-də, Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək görüşdən bir gün öncə baş tutacaq.

Hər iki komandanın baş məşqçisi və futbolçularının iştirak edəcəyi mətbuat konfransı və məşq oyunun keçiriləcəyi arenada təşkil olunacaq.

 

20 mart

Xorvatiya millisi

20:15. Mətbuat konfransı

21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan millisi

22:00. Mətbuat konfransı

22:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest