İspanlar Danimarka millisinin üzvünün heyətə cəlb edilməsi müqabilində londonlulara nə az, nə çox, düz 265 milyon dollar ödəməyə hazırdı. Əgər keçid baş tutsa, Eriksen dünyanın ən bahalı transferi kimi tarixə düşəcək.

"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen mövsümün sonunda "Real"a keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" 27 yaşlı futbolçunun transferi üçün astronomik məbləğ ayırıb.

Belə ki, ispanlar Danimarka millisinin üzvünün heyətə cəlb edilməsi müqabilində londonlulara nə az, nə çox, düz 265 milyon dollar ödəməyə hazırdı. Əgər keçid baş tutsa, Eriksen dünyanın ən bahalı transferi kimi tarixə düşəcək. Hazırda bu baxımdan rekord PSJ-nin hücumçusu Neymara (252 milyon dollar) məxsusdu.

Qeyd edək ki, Kristian Eriksenin "Tottenhem"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest