"Bu gün futbolda hər kəs qələbə qazanmağın yollarını axtarır, meydana qalibiyyət əzmi ilə çıxır. Nikolay Yurçeviç bizim barəmizdə Azərbaycan yığmasına çox şey deyə bilər. Şəxsən onu tanıyıram, gördükdə salamlaşırıq".

"Zədəmi sağaltdıqdan sonra yavaş-yavaş toparlanıram. İndi özümü gümrah hiss edirəm. İki həftədi normal şəkildə məşq edirəm. özümə güvənirəm, narahatlığa əsas yoxdu". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının qapıçısı Lovre Kaliniç deyib.

O, yerli mətbuata müsahibəsində AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyunöncəsi fikirlərini bölüşüb. Kaliniç meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Bu gün futbolda hər kəs qələbə qazanmağın yollarını axtarır, meydana qalibiyyət əzmi ilə çıxır. Nikolay Yurçeviç bizim barəmizdə Azərbaycan yığmasına çox şey deyə bilər. Şəxsən onu tanıyıram, gördükdə salamlaşırıq. Yurçeviçin bizimlə oyun üçün plan düşündüyünə şübhə etmirəm. Bu plana görə də, rəqibimiz heç-heçə üçün maksimum gücünü ortaya qoyacaq. Hətta Azərbaycan qalib gəlmək istəyir. Ancaq biz heç kimdən qorxmuruq".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest