Bakıda keçirilən bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirinin üçüncü günündə Azərbaycan gimnastları daha bir gümüş medala layiq görülüblər.
 
Matc.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandamızın üzvləri 5 iplə hərəkətlərin icrasında gümüş medal qazanıb.
 
Bu gün həmçinin "AGF Trophy" beynəlxalq turnirində Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı olan – "AGF Trophy" kubokunun gənclər arasında təqdimetmə mərasimi keçirilib. Fərdi proqramda (topla hərəkətlər) Kipr təmsilçisi Vera Tuqolukova (Kipr), qrup hərəkətləri proqramında isə (5 top) İsrail komandası "AGF Trophy" kubokuna layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest