Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş Azərbaycana dəstək nümayiş etdirib.
 
Matc.az xəbər verir ki, o, qazandığı uğurla bağlı ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"çox xoşbəxtik. Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik. Onlara salam olsun. Sizi çox sevirik, yanınızdayıq".
 
Xatırladaq ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub. O, bir gün öncə baş tutan Aç-nin açılış mərasimində Azərbaycan bayrağının yandırılması və nəticədə yığmamızın turnirdən imtinası səbəbindən qazandığı uğuru ölkəmizə həsr edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest