2023-cü ilin 4-7 may aralığında ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2023" beynəlxalq reqatası təşkil ediləcək. Matc.az xəbər verir ki, yarışlardan bir gün öncə, mayın 3-də Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq.
 
Reqata mayın 4-də Qarabağın dilbər guşələrindən olan Suqovuşanda start götürəcək. Turnir 5-6 mayda Mingəçevirdə davam edəcək.
 
Turnirin mükafatlandırma mərasimi mayın 7-də Bakı bulvarında təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest